Azərbaycanda sanatoriya sahibi özünü GÜLLƏLƏDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Naftalanda intihar hadisəsi olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, 63 yaşlı Firuz Qocayev odlu silahla özünü güllələyərək öldürüb. Məlumata görə, o, rayon ərazisindəki sanatoriyalardan birinin sahibi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Naftalan şəhər Polis Şöbəsinə şəhər sakini, 63 yaşlı Firuz Qocayevin odlu silahdan atəş açılması nəticəsində ölməsi barədə məlumat daxil olub:
"Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin məlumata görə F. Qocayev ov tüfəngi ilə intihar edib.
Fakla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir".
Oxşar xəbərlər
Azərbaycanda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi
Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib. Teleqraf.com-un məlumatına görə, Kənan 29 may 2022-ci ildə saat 13 radələrind...