Azərbaycanda sabiq məmur həbs edildi

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin keçmiş direktoru Anar Rəsulov həbs edilib.
BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, A.Rəsulov 2016-2018-ci illərdə NİİM-in şöbə müdiri, 2018-ci ilin mayından sentyabr ayına qədər direktor müavini, həmin vaxtdan 2019-cu ilin aprelinə kimi direktor vəzifəsində işləyib.
A.Rəsulov dələduzluqla itiham edilərək saxlanılıb, cinayət işinin istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır. Sabiq direktor barəsində dekabrın 7-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
A.Rəsulov bir qrup şəxslə əlbir olaraq BNA-nın işçisi Fuad İsmayılovun və NİİM-in əmlakını ələ keçirməkdə ittiham olunur.
Qeyd edək ki, NİİM BNA-nın tabeliyində MMC kimi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Elinanın intiharı ilə bağlı direktora cinayət işi açıldı
162 saylı orta məktəbdə intihar edən Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.BAKU.WS “Qafqazinfo”...
