Azərbaycanda restoranda güclü yanğın - VİDEO
10
noy
2019
13:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 10.00 radələrində Zaqatala şəhəri “Köhnə avtovağzal” adlanan ərazidə rayon sakini Ayna Əhməd qızı Əliyevaya məxsus, ümumi sahəsi 300 kv/m olan “Görüş” restoranında yanğın baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.Yanğın nəticəsində restoranın dam örtüyü 64 kv/m-lik sahədə yanaraq yarasız hala düşüb. Restoranın otaqlarına ciddi ziyan dəyib. Yanğın zamanı restoranın işçi heyətindən və restorandakı müştərilərdən xəsarət alan olmayıb.Qeyd edək ki, bu restoranda il ərzində baş verən ikinci yağın hadisəsidir. Martda baş verən yanğın zamanı restoranın binasının dam örtüyü və bir-neçə otağın tavanı ümumilikdə 100 kv/m sahədə yanıb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda dəhşətli yanğının görüntüləri - VİDEO
Bu gün Bakıda güclü yanğın hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, yanğın Binəqədi rayonu "Baksol" yolu adlanan yerdə qeydə alınıb. Adıçəkilən ərazidə 2 evin...