Bakıda dəhşətli yanğının görüntüləri - VİDEO

07
okt
2019
14:30
Bu gün Bakıda güclü yanğın hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, yanğın Binəqədi rayonu "Baksol" yolu adlanan yerdə qeydə alınıb. Adıçəkilən ərazidə 2 evin yanması onların qarşısında olan 2 minik avtomobilinə də ziyan vurub.Belə ki, "VAZ" markalı avtomobil tamamilə yanaraq kül olub, "OPEL"ə isə xeyli ziyan dəyib.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti cəlb olunub.Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri, bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və evin xarici divarında quraşdırılan 1 ədəd kondisioner mühərriki yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda dəhşətli hadisə - 11 yaşlı qız evdə diri-diri yandı
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. BAKU.WS FHN-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Ümumi sahəsi 30 m² olan bir...
