Bakıda qeydə alınan güclü yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

04
okt
2019
12:25
Bakıda qeydə alınan güclü yanğın söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, yanğın "Oazis” restoranı yaxınlığındakı ərazidə qeydə alınıb. Sökülməkdə olan restoranın ərazisində 30 m² sahədə taxta tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.***11:58Bakıda güclü yanğın başlayıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, yanğın Binəqədi rayonunda Cəfər Xəndan və Şövkət Məmmədova küçələrində qeydə alınıb.Bu barədə sakinlər bildiriblər. Verilən məlumata görə, yanğın bir qədər əvvəl başlayıb.Adıçəkilən küçələrin ərazisində baş verən yanğının səbəbi hələlik məlum deyil.
Oxşar xəbərlər
Bakıda yanğın: Hadisə yerinə FHN əməkdaşları cəlb olundu - VİDEO
Bakının Binəqədi rayonu ərazisində yanğın hadisəsi baş verib.Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.Bildirilib ki, Ayna Sultano...
