Azərbaycanda qayınata və qayınana qoyuna görə hamilə gəlini döydü

09
okt
2019
08:45
Daşkəsən rayonunda döyülmə faktı qeydə alınıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.Belə ki, 2000-ci il təvəllüdlü Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən döyülüb. Bədəninin bir çox hissəsinin əzildiyi bildirilən gəlin dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir. A.Abdullayevanın yaxınları onun gülüş doğuran səbəbdən döyüldüyünü deyiblər. Onların sözlərinə görə, A.Abdullayevanın gəlin gələndə qoyun gətirməməsi evdə mübahisəyə səbəb olub və sonradan davaya çevrilib. Hadisə ilə əlaqədar polisə məlumat verilib. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Qonşular birləşib 51 yaşlı qadını döydü - VİDEO
Daşkəsən rayonunda qonşular arasında dava olub.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Alunitdağ qəsəbəsində baş verib. 1968 ci il təv...
