Qonşular birləşib 51 yaşlı qadını döydü - VİDEO

Qonşular birləşib 51 yaşlı qadını döydü - VİDEO
Video
Hadisə 414
Daşkəsən rayonunda qonşular arasında dava olub.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Alunitdağ qəsəbəsində baş verib. 1968 ci il təvəllüdlü Lətifə Firudun qızı Bayramova müxtəlif xəsarətlərlə ilk olaraq Daşkəsən rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.
Qadının vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumatlara görə 51 yaşlı Lətifə Bayramova 4 nəfər qonşusu tərəfindən döyülüb. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Oxşar xəbərlər

Daşkəsəndə at 5 yaşlı uşağı vurdu

Daşkəsəndə at 5 yaşlı uşağı vurdu

Daşkəsən rayonunda bədbəxt hadisə baş verib.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Qabaqtəpə kəndində baş verib. 2014 cü il təvəllü...

327 Hadisə 22:52 03 oktyabr 2019

Son xəbərlər