Aytən Səfərova: "İşıqpulunun çoxluğundan gileylənirik, amma bahalı telefon alırıq"
Aparıcı Aytən Səfərova gündəlik xərclər və insanların bahalı telefon almağa üstünlük verməsi barədə danışıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, aparıcı bu sözləri "Xəbər ertəsi" proqramında səsləndirib.
A.Səfərova bildirib ki, insanlar bəzi xərclərdən narazılıq etsələr də, bahalı telefon almaqdan çəkinmirlər:
"Danışırıq ki, burada, orada xərcimiz çıxır. Amma bahalı telefon olan kimi qaçıb onu alırıq. Buradan deyirik işıqpulu 10 manat artıq yazıb. Buradan isə gedib 2 minə kreditə telefon alırıq".
"Deyəndə bahalı telefona ehtiyac yoxdur, bizi qınadılar ki, o da onunla xoşbəxt olur. Bahalı telefonun harasındadır bahalı telefon? Hərənin öz işidir. Amma baxırsan ki, 300-400 manat maaş alır, gedib onu da kreditə ödəyir" deyə, aparıcı Mehman Rəsulov əlavə edib.
Oxşar xəbərlər
Sürücülük təlimində ciddi QANUN POZUNTUSU: 17 yaşlı şəxslə əsas yola çıxdı
Bakıda sürücülük təlimi keçən şəxs təlim zamanı "Yol hərəkəti haqqında" Qanunun tələblərini poub. Bununla bağlı görüntülər müzakirələrə səbəb olub. Özünü sürüc...