74 yaşlı Harvi Vaynşteyn 15 il müddətinə həbs edildi
Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur prodüseri Harvi Vaynşteyn 15 il müddətinə həbs edilib.
BAKU.WS xəbər verir ki, onun keçmiş köməkçisi Miryam Heyliyə qarşı cinsi zorakılıq işi üzrə qərar verilib.
Miryam Heyli yeddi il davam edən məhkəmə prosesi zamanı Vaynşteyni və onun komandasını sosial şəbəkələrdə, mediada nüfuzunu ləkələmək məqsədilə kampaniya aparmaqda ittiham edib.
Hadisə 2006-cı ildə Manhettendə Vaynşteynin mənzilində baş verib. Həmin vaxt Vaynşteyn Miryam Heylini onunla cinsi münasibətdə olmağa məcbur edib.
Məhkəmədə 74 yaşlı Vaynşteyn peşman olduğunu bildirib və üzr istəyib.
Xatırladaq ki, onlarla qadın, o cümlədən aktrisalar, onu cinsi əlaqəyə məcbur etməkdə və zorlamaqda ittiham edib.
Oxşar xəbərlər
Rusiya dronların yığılması üçün 25 minə qədər Şimali Koreya vətəndaşını işə götürür
Şimali Koreya Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına canlı qüvvə və silah-sursat dəstəyi verməkdə davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) və müx...