Azərbaycanda qardaş qardaşı güllələdi

Azərbaycanda qardaş qardaşı güllələdi
Hadisə 395
Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub.Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gediblər.Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.Faktla əlaqədar cinayət işi başlanıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Oğul atasını evində güllələdi

Oğul atasını evində güllələdi

Mayın 26-da Ağcabədi rayonunun Bilağan kəndində yaşayan İ.Tağıyevin evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə atası M.Tağıyevin kürək nahiyəsinə xəsarət...

754 Hadisə 13:15 27 may 2019

Son xəbərlər