Oğul atasını evində güllələdi
27
may
2019
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 26-da Ağcabədi rayonunun Bilağan kəndində yaşayan İ.Tağıyevin evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə atası M.Tağıyevin kürək nahiyəsinə xəsarət yetirib hadisə yerini tərk etməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.Bu barədə nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, M.Tağıyev xəstəxanaya yerləşdirilib.Dərhal Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər görülüb.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.Hadisə yerinə baxış zamanı onun bu cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Qadın həmcinsinin boğazını kəsdi – Azərbaycanda DƏHŞƏTLİ QƏTL
Mayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə...