Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Ağsu Rayonu Polis Şöbəsi rəisinə məxsus xırdabuynuzlu heyvanların sakinlərin taxıl sahəsini yararsız hala salması barədə məlumat paylaşılıb.
İddia edilib ki, rayonun Ləngəbiz kənd sakinləri buna etiraz edəndə əraziyə polis yeridilib. İnsanları karantin qaydalarını pozmaqda ittiham edərək, həbs edib və polis bölməsində döyüblər.
Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, Ağsu RPŞ-nin rəhbərliyinə aid təsərrüfatla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və qərəzlidir:
“Aparılan araşdırma zamanı məlum olub ki, aprelin 17-də Ağsu rayonunun Ləngəbiz kəndi ərazisində bir qrup şəxs rayonun Cəfərli kənd sakini Alxan Paşayevə məxsus xırdabuynuzlu mal-qaranın bələdiyyəyə məxsus örüş sahəsindən keçərək, İsmayıllı rayonuna getməsinə etiraz əlaməti olaraq toplaşıb.
Əraziyə gələn polis əməkdaşları onlara ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarını pozmaları barədə dəfələrlə xəbərdarlıq etsələr də, onlar polisin qanuni tələbinə məhəl qoymayıb, qaydaları pozmağa davam ediblər”.
“Bu səbəbdən orada olan şəxslərdən 15 nəfəri saxlanılaraq, Ağsu RPŞ-yə gətirilib və barələrində müvafiq tədbirlər görülüb. Onların döyülməsi ilə bağlı iddialar əsassız və böhtan xarakterlidir, - deyə DİN rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara TƏCAVÜZ ETDİ - TƏFƏRRÜAT
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əl...
