Azərbaycanda polis onu söyən qonşusunu güllələdi
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi ötən gün Bərdə rayonunda bir nəfərin qonşusu tərəfindən topuğundan güllələnməsi haqqında məlumat yayıb.
BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində kənd sakini Yusif Kərimov onu söyən qonşusu Aftandil Əliyevə tüfəngdən açdığı atəşlə topuq nahiyəsindən xəsarət yetirib.
Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.
Qonşusunu güllələyən şəxs polisdir. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.
Oxşar xəbərlər
Kişi qonşusunun topuğundan tüfənglə vurub
Bərdədə silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı...