Azərbaycanda polis əməkdaşı qəzada öldü
03
sen
2022
12:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda polis əməkdaşı yol qəzasında ölüb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə sentyabrın 3-ü saat 1 radələrində rayonun Nabran kəndi ərazisində qeydə alınıb.
Belə ki, Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda polis qəzada HƏLAK OLDU - YENİLƏNİB - FOTO
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı...