Azərbaycanda polis qəzada HƏLAK OLDU - YENİLƏNİB - FOTO

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qəza zamanı İ.Adilzadə və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

***08:40
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
BAKU.WS-in APA-ya istinadla məlumatına görə, hadisə yolun Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Lada Priora" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və daha sonra yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü, 1998-ci il təvəllüdlü Adilzadə İsmət və onun sərnişini 1997-ci il təvəllüdlü İbadullayev Ayazxan hadisə yerində ölüb. Faktla bağlı araşdıırma aparılır.
İlkin məlumata görə İsmət Adilzadə polis əməkdaşıdır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...
