Azərbaycanda polis bu iki qadını axtarır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda itkin düşən iki qadın axtarılır.
BAKU.WS-in məlumatına görə, Abşeron rayonu Polis İdarəsindən bildirilib ki, Əsədova Jalə Elşən qızı ötən il iyun ayının 21-i, doğum günü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
J.Əsədovanın əlamətləri belədir: boyu 165 sm, arıq bədən quruluşludur.
Polis tərəfindən axtarışa verilən digər şəxs isə Ağayeva Elvira Mərdan qızıdır. O, Yeni il gecəsi evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb. Onun boyu 165 sm, kök bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Polis bu qadını axtarır - FOTO
Göygöl rayonu Zurnabad kənd sakini Gülnarə Hüseynova noyabr ayının 18-də Göygöl rayonunda yaşayan qohumunun evindən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə...