Azərbaycanda mülki şəxs minaya düşdü

Azərbaycanda mülki şəxs minaya düşdü
Hadisə 317

Goranboy rayon sakini minaya düşüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşdüyü barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

“Hazırda Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar”, - mətbuat xidmətindən bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər