Azərbaycanda məşhur iş adamı binadan yıxılıb öldü
13
sen
2022
18:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“AAAF Park” Yaşayış Kompleksinin əsas şəriklərindən biri, holdinqin prezidenti Tofiq Heydərovun yaxın dostu və sinif yoldaşı, iş adamı Elçin Səfərov ölüb.
BAKU.WS “yeni sabah”a istinadən xəbər verir ki, bədbəxt hadisə dünən gecə baş verib.
E.Səfərov Yeni Yasamal yaşayış kompleksində yaşadığı mənzilin eyvanından yıxılıb.
Üçüncü mərtəbədən yıxılan iş adamının başı əvvəlcə kondisionerə, daha sonra yerə dəyib. Hadisə nəticəsində E.Səfərov ölüb.
Bildirək ki, E.Səfərov uzun müddət “AAAF Park-Astara”nın direktoru vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Tofiq Heydərovdan SƏRT BƏYANAT: "Mənə heç nə edə bilməyəcəksiniz"
“AAAF Park” yaşayış kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edildiyi barədə xəbərlərin yayılmasından sonra Facebook səhifəsində canlı yayıma...