Azərbaycanda məktəbli özündən 12 yaş böyük şəxsi bıçaqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə 11-ci sinif şagirdi özündən 12 yaş böyük şəxsi bıçaqlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
Şəki şəhər sakinləri olan 2006-cı il təvəllüdlü Yəhyə Məmmədov və 1994-cü il təvəllüdlü Xəyyam Adışirinov arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.
Mübahisə zamanı Şəki şəhər məktəblərindən birinin 11-ci sinif şagirdi olan Y. Məmmmədov üzərində olan bıçaqla X. Adışirinova xəsarət yetirib. Hadisə zamanı bıçaq xəsarəti alan X.Adışirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli sayılan məktəbli Y.Məmmədov Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şəki ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.
Oxşar xəbərlər
Şəki sakini özündən 23 yaş böyük kişini bıçaqlayıb
Şəki sakini özündən 23 yaş böyük kişini bıçaqlayıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Şəki şəhəri ərazisində baş verib. Şəhər sakinləri 64 yaşlı B...