Şəki sakini özündən 23 yaş böyük kişini bıçaqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki sakini özündən 23 yaş böyük kişini bıçaqlayıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Şəki şəhəri ərazisində baş verib.
Şəhər sakinləri 64 yaşlı Bağır Kaşiyev və 41 yaşlı Orxan Hüseynov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Yaranmış mübahisə zamanı Orxan Hüseynov üzərində olan bıçaqla Bağır Kaşiyevə xəsarət yetirib.
Hadisədən sonra Bağır Kaşiyev Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli sayılan Orxan Hüseynov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...