Azərbaycanda məktəbdə yanğın hadisəsi: Şagirdlər təxliyə edildi

Azərbaycanda məktəbdə yanğın hadisəsi: Şagirdlər təxliyə edildi
Hadisə 276

Şəmkirdə yanğın hadisəsi baş verib.

BAKU.WS Apa-ya istinadən xəbər verir ki, hadisə rayondakı Cahangir Rüstəmov adına tam orta məktəbdə qeydə alınıb. Orta məktəbdə elektrik naqillərində baş verən qısaqapanmadan yanğın hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı tez bir zamanda alınıb. Şagirdlər təxliyə edilib.

Məlumata görə, yanğın sinif otağındakı elektrik qızdırıcısından qaynaqlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər