Azərbaycanda maşın gənc qızı belə vurdu - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada 28 yaşlı qızın maşınla vurulma anının görüntüləri yayılıb.
BAKU.WS lent.az-a istinadın xəbər verir ki, hadisə ötən gün Zaqatala şəhəri ərazisində baş verib.
Rayon sakini Sadiq Zəngiyev idarə etdiyi "VAZ-2102" markalı minik avtomobili ilə rayonun Yuxarı Çardaqlar kənd sakini, 1995-ci il təvəllüdlü Günay Abakar qızı Əhmədovanı vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatalada iki avtomobil toqquşdu: Ölən var
Zaqatalada iki minik avtomobili toqquşub, sürücülərdən biri ölüb digərinin vəziyyəti ağırdı. BAKU.WS "apa"ya istinadən xəbər verir ki, hadisə avqustun 14-dən 15...