Azərbaycanda kütləvi zəhərlənmə
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə kütləvi zəhərlənmə hadisəsi olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində keçirilən toy mərasimlərin birində qeydə alınıb.
Mərasimin keçirildiyi binanın ayaqyolunda olan təmizlik üçün nəzərdə tutulan kimyəvi məhlulu uşaqlardan biri oyun oynamaq məqsədilə qohumları olan digər 3 uşağa iylədib. Bu zaman özü və digər uşaqlar zəhərlənib. Uşaqlarla yanaşı həmin yerə gələn onlardan birinin valideyni də zəhərlənib.
Onların hamısı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə yas mərasimi keçirən vətəndaş polis tərəfindən döyülüb? - AÇIQLAMA
Şəmkirdə keçirilən yas mərasiminin qarşısı alınarkən polis əməkdaşının rayon sakinini döyməsi ilə bağlı iddialar yayılıb. BAKU.WS-in məlumatına görə, Daxili İşl...