Azərbaycanda arvadı ilə barışmaq istəyən kişini oğru bilib döydülər (VİDEO)
Şəmkir rayonunda döyülmə hadisəsi baş verib
BAKU.WS "report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Dəllər-Cəyir kəndində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü, əslən Yardımlı rayonundan olan Şəkərov Əliqismət Hökməli oğlu həyat yoldaşı ilə barışmaq üçün Dəllər-Cəyir kəndinə, qaynatasının evinə gəlib. Ə. Şəkərov polisə ifadəsində bildirib ki, o, həyat yoldaşı ilə barışmaq istəyirmiş. Lakin qaynanası Ə.Şəkərovu evdən uzaqlaşdırmaq üçün onu qohumlara və qonşulara oğru kimi təqdim edib. Bundan sonra Ə.Şəkərov həyat yoldaşının qohumları və qonşuları tərəfindən bel sapıyla döyülüb. Nəticədə o, ağır xəsarət alıb.
Yaxınlıqdakı şəxslərdən biri Ə.Şəkərovu yük avtomobili ilə Bakıya - Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirib və ona tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Ə.Şəkərovun ifadəsi Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb.
BAKU.WS
Oxşar xəbərlər
Şəmkirdə silahlı insident - 2 nəfər güllələndi
Şəmkirdə gənclərin mübahisəsi odlu silahdan açılan atəşlə iki nəfərin xəsarət alması ilə nəticələnib. BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, yaralılardan...