Azərbaycanda keçmiş vəzifəli şəxs evdə ölü tapıldı
25
yan
2026
11:08
Cəlilabadda evdən meyit tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon sakini 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti tapılıb.
Onun Bakıda yaşadığı və bir müddət əvvəl ata evinə getdiyi deyilir.
Qeyd edək ki, R.Salmanov uzun müddət Cəlilabad Rayon Təhsil Şöbəsində mühasib, Mədəniyyət Şöbəsinin müdiri, son vaxtlar isə "İmprotex" şirkətində mühasib vəzifəsində çalışırdı.
3 övlad atası olan Rəşad Salmanov bu yaxınlarda övladına nişan edib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda evdən meyit tapılıb
Bakıda evdə bir nəfərin meyiti aşkarlanıb. BAKU.WS xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən sutka ərzində Fövqəlad...