Azərbaycanda institut direktoru vəfat etdi - FOTO

Azərbaycanda institut direktoru vəfat etdi - FOTO
Hadisə 851

TƏBİB-in Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev vəfat edib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Ə.Musayev 71 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Əlişir Veys oğlu Musayev 1949-cu ildə Gürcüstanın Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub.

Ə.Musayev ATU-nun fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Azərbaycanda institut direktoru vəfat etdi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda yüksək vəzifələrdə işləmiş şəxs 87 yaşında vəfat etdi

Azərbaycanda yüksək vəzifələrdə işləmiş şəxs 87 yaşında vəfat etdi

Görkəmli geoloq alim, Əməkdar elm və texnika xadimi, “Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü Kərim Kərimov vəfat edib. BAKU.WS xəbər verir ki, 87 yaşlı görkəmli...

3098 Hadisə 10:58 15 aprel 2020

Son xəbərlər