Azərbaycanda ildırım yaşayış binasına düşdü

Azərbaycanda ildırım yaşayış binasına düşdü
Foto
Hadisə 284

Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayış evində yanğın baş verib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın Kəmalə Qasımovaya məxsus ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb.

Hadisə nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan mənzilin 40 kvadratmetri yanıb. Yanğının binadakı digər mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə yerinə iki yanğınsöndürən avtomobil və təcili tibbi yardım briqadası cəlb olunub. Tüstüdən zəhərlənən ev sahibi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.

İlkin məlumata görə, yanğına ildırım çaxması zamanı yaranan qısaqapanma səbəb olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

58 yaşlı kişini maşın vurub öldürdü

58 yaşlı kişini maşın vurub öldürdü

Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...

110 Hadisə 17:50 07 noyabr 2026

Son xəbərlər