Azərbaycanda faciə! - Maşın çaya aşdı, 2 gənc öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dünən gecə saat 03 radələrində Qəhrəmanlı kəndində 1994-cü il təvəllüdlü Əyyub Salahlı idarə etdiyi "Mercedes" markalı avtomobildə idarəetməni itirərək onu kanala aşırıb.
Nəticədə avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Orucov və 1995-ci il təvəllüdlü Eltun Xudiyev ölüb. Sürücü Əyyub Salahlı isə ağır xəsarətlər alıb. O, əvvəlcə Beyləqandakı, daha sonra Bakı şəhərində yerləşən xəstəxanaya aparılıb.
Hadisə nəticəsində vəfat edən şəxslərdən Eltun Xudiyevin yeni ailə həyatı qurduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...