Azərbaycanda ər-arvadın ölümü ilə nəticələnən dəhşətli qəza baş verib - YENİLƏNİB

Azərbaycanda ər-arvadın ölümü ilə nəticələnən dəhşətli qəza baş verib - YENİLƏNİB
Hadisə 353

Bakıda sığorta sektorunun keçmiş vəzifəli şəxsi “Jeep”lə ər-arvadı vuraraq ölümünə səbəb olub.

BAKU.WS qafqazinfo-ya istinadən bildirir ki, Rövşən Əsgərov “AzSığorta” şirkətinin filiallarla iş departamentinin müdiri olub. Daha sonra isə “Standard İnsurance” sığorta şirkətinin Korporativ satış departamentinin direktoru işləyib. Buradakı vəzifəsindən çıxarılandan sonra bizneslə məşğul olduğu bildirilir.

Əlavə edək ki, 90 DR 500 nömrəsi daha öncə "Lexus" markalı avtomobildə də olub.

***10:40

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan şosesi istiqamətində yolda qeydə alınıb.

Bakı şəhər sakini Rövşən Əsgərov idarə etdiyi “Jeep Grand Cherokee” markalı avtomobillə yolda hərəkət edən zaman piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Zahid Kazımovu vurub.

Nəticədə piyadalar aldığı xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər