Azərbaycanda dəhşətli qəza: İki avtomobil toqquşdu, biri külə döndü - Ölənlər oldu

Azərbaycanda dəhşətli qəza: İki avtomobil toqquşdu, biri külə döndü - Ölənlər oldu
Foto
Hadisə 166

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.

VAZ-2107 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ yanıb. Hadisə nəticəsində VAZ-2107-nin sürucüsü, 1982-ci il təvəllüdlü Abdullayev Emin Eynulla oğlu və sərnişin, 1993-cü il təvəllüdlü Rzayev Elşad Əlsafa oğlu həlak olub.

Onların hər ikisi Sabirabadın Nərimankənd kəndinin sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər