Azərbaycanda DƏHŞƏT: ərindən işgəncə görən qadın uşaqları ilə evdən qaçdı - FOTO

Kürdəmirdə qadın əri tərəfindən fiziki zorakılığa məruz qalıb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, zərərçəkmiş V. H. həyat yoldaşının onu mütəmadi döyməsi ilə bağlı polisə müraciət edib.
O, müraciətində dəfələrlə döyüldüyünü, şiddətə məruz qaldığını dilə gətirib. Nəticədə qadın həyat yoldaşından gördüyü işgəncələrə artıq tab gətirməyərək hüquqi yola əl atıb. O, azyaşlı övladları ilə birgə evdən qaçıb. Polisə sığınan qadın sığınacağa yerləşdirilməsini istəyib.
Polis dərhal məsələ ilə bağlı araşdırmaya başlayıb və həmin ailə xüsusi nəzarətə götürülüb.
Ana və 3 övladı sığınacağa yerləşdirilib.
Anaya şiddət göstərən kişi ilə bağlı isə araşdırmalara başlanıb.
Qalereya
Oxşar xəbərlər
Şöbədə arvadını öldürən polislə bağlı bilmədiyiniz ŞOK FAKTLAR - VİDEO - FOTO
CİNAYƏT İŞİ Qısa arayış... 2021-ci il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl baş verib. Rayon Polis İdarəsinin Post-Patrul Xi...
