Azərbaycanda dava - Güllələnən və bıçaqlananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazın Nabran kəndində baş verən davada güllə yarası alan və bıçaqlananlar var.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Şimali kənd sakini - 1978-ci il təvəllüdlü Rüstəmov Ramik Ramiz oğlu Nabran kəndi ərazisində Zalov Cami Nizam oğlu ilə qarşılıqlı mübahisə zamanı çoxsaylı bıçaq xəsarəti və ayaq nahiyəsindən silah yarası alıb.
Hadisənin digər iştirakçısı olan və onları ayırmağa çalışan rayonun Yalama kənd sakini - 1978-ci il təvəllüdlü Şıxmətov Şöhrət Gülmət oğlu isə qol nahiyəsindən bıçaq xəsarətləri alıb.
Yaralılar təcilli tibbi yardım briqadası ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən C.Zalovun saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Hadisənin başvermə səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Pula görə bıçağı sevgilisinin ürəyinə sancdı - Keçmiş qadın polisin CİNAYƏT İŞİ - FOTO
2018-ci il oktyabrın 20-i saat 22-də Xırdalan şəhərində, Heydər Əliyev parkında musiqi məktəbinin arxasında 1979-cu il təvəllüdlü Ramiz Hüseynovun meyiti aşkar...