Azərbaycanda daha bir azyaşlı qızılcadan vəfat etdi - YENİLƏNİB
Serebral iflic xəstəliyindən əziyyət çəkən 16.05.2019-cu il təvəllüdlü uşaq 14.12.2023-cü il tarixdə səhhətində yaranan problemlərlə bağlı valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib:
"Uşağın valideynləri stasionar müalicədən imtina ediblər. Daha sonra uşaq valideynləri tərəfindən 14.12.2023-cü il tarixində saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanayaqədər ölüm qeydə alınıb".
***09:37
Şəmkirdə 4 yaşlı oğlan uşaq qızılca xəstəliyindən ölüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, 2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H. Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb.
Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır
Oxşar xəbərlər
Azərbaycanda daha bir azyaşlı qızılcadan dünyasını dəyişib
TƏBİB Şirvanda 12 yaşlı uşağın qızılcadan ölməsinə aydınlıq gətirib. TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirlib ki, 2011-ci il təvəllüdlü vətəndaş (kişi...