Sabirabadda bir yaşlı uşaq qızılcadan vəfat edib? - TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Sabirabadda qızılca xəstəliyindən öldüyü deyilən uşaqla bağlı açıqlama verilib.
Qurumdanbildirilib ki, 2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:
“Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub.
Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15-də vəfat edib”.
Qeyd edilib ki, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub:
“Valideyn tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb”.
***09:47
Sabirabadda 1 yaşlı uşaq ölüb.
APA xəbər verir ki, A.N (şərti ad) xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub.
İlkin araşdırmalarla onun qızılcadan öldüyü ehtimal edilir.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qızılcadan vəfat edən şagirdlə bağlı məktəbdən AÇIQLAMA - YENİLƏNİB
Qaradağ rayonunda yerləşən 195 nömrəli tam orta məktəbdən şagirdin qızılca xəstəliyinə yoluxaraq dünyasını dəyişməsi ilə bağlı məsələyə münasibət bildirilib. BA...