Azərbaycanda CİNAYƏT - Qız anasını yastıqla boğub öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçayda qız anasını boğaraq öldürüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, oktyabrın 12-də Göyçay Rayon Polis Şöbəsinə Müskürlü kənd qəbiristanlığında kəfənə bükülmüş, üzərində zorakılıq əlamətləri görünməyən 75-80 yaşlı qadın meyitinin tapılması barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində onun Mingəçevir şəhər sakini, 84 yaşlı Bənövşə Ələkbərova olması və oktyabrın 9-da yaşadığı evdə qızı S.Əsgərova tərəfindən yastıqla boğularaq qətlə yetirilməsi müəyyən edilib.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əsgərova saxlanılaraq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda 2 yaşlı oğlunu yandırıb öldürən atadan YENİ XƏBƏR
Şəmkirdə 2 yaşlı oğlunu yandıraraq qətlə yetirməkdə təqsirləndirilən Elmar Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. BAKU.WS APA-ya istinadən xəbə...