Azərbaycanda çay evi KÜLƏ DÖNDÜ
03
avq
2025
09:32
Şəmkir rayonunda yanğın hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən çay evində qəfil yanğın baş verib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində çay evi içərisindəki əşyalarla birlikdə yanıb. Alov söndürülüb, ətrafdakı bir neçə tikili yanğından mühafizə olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Qalereya
Oxşar xəbərlər
"Nənələr" folklor qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı həyatını itirib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Lənkəran rayon...