Azərbaycanda bu general-mayor rütbəsindən məhrum edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.
Üzərinə həbs qoyulmuş əmlakların dövlət nəfinə müsadirə olunacağı bildirilib.
Məhkəmənin hökmü ilə Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb.
***
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi ilə bağlı məhkəmə araşdırması başa çatıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum olunub.
Oxşar xəbərlər
"MTN işi"ndə zərərçəkən: "Mənə vurulan zərəri Yasin Məmmədov ödəməsə, onu öldürəcəyəm"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yas...