Azərbaycanda bəy öz toyunda qonağı bıçaqladı
Qaxda bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
APA-nın əldə etdiyi xəbərə görə, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində keçirilən toyda qeydə alınıb.
Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Yamən Şıxəmirli bıçaqlanıb.
Hadisənin bəy - Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov tərəfindən törədildiyi məlum olub.
Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
Zənglərinə və mesajlarına cavab vermədiyi üçün həmkəndlisini bıçaqladı
Göyçay rayon sakini bıçaqlanıb. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun İnçə kəndində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Cavidan Ələsgə...