Zənglərinə və mesajlarına cavab vermədiyi üçün həmkəndlisini bıçaqladı
Göyçay rayon sakini bıçaqlanıb.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun İnçə kəndində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Cavidan Ələsgərov həmkəndlisi, 1990-cı il təvəllüdlü Əhsən Kazımov tərəfindən bıçaqlanıb.
O, kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisənin Cavidan Ələsgərovun Əhsən Kazımovun telefon zənglərinə və mesajlarına cavab verməməsi səbəbindən baş verdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov saytımıza bildirib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cavidan Ələsgərova bıçaqla xəsarət yetirən şəxsin zərərçəkmişin həmkəndlisi Əhsən Kazımov olduğu müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı istintaq aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 14 yaşlı qız ərə verilir - AÇIQLAMA - YENİLƏNİB - 1
Göyçayda 14 yaşlı qıza keçirilməsi nəzərdə tutulan nişan mərasiminin qarşısı alınıb. Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbu...