Azərbaycanda bələdiyyə sədrinin meyiti tapıldı: Qız tanışı axtarılır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunda Göyçay rayon Bəydövül kənd bələdiyyəsinin sədri Ramil Yusifovun meyiti tapılıb. Onun ölümü ilə bağlı detallar da məlum olub.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, R.Yusifov İsmayıllının İvanovka kəndində bir günlük kirayə ev tutaraq, qız tanışı ilə orada gecələyib.
Daha sonra isə onun meyiti tapılıb. Bədəni üzərində xəsarət izi aşkar edilməyib. Onun narkotik vasitələrin həddən artıq istifadəsi nəticəsində öldüyü ehtimal edilir. R.Yusifovun meyitinin yanından narkotik vasitələr də aşkar edilib.
İstintaq onların metamfetamin və marixuana olduğunu ehtimal edir. Lakin maddələrin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.
Hadisənin müəmmalı tərəfi budur ki, R.Yusifovla birlikdə İvanovkaya gələn qız dostu yoxa çıxıb. Hazırda istintaq həmin şəxsin yerini müəyyənləşdirməyə çalışır.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Polis 13 kq narkotik vasitəni dövriyyədən çıxarıb - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı 13 kiloqrama yaxın narkotik vasitə və 4180 ədəd narkotik xassəli həb qanun...