Azərbaycanda bələdçinin başının qopduğu dəhşətli qəzanın görüntüləri - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Sumqayıt şəhərində baş verən dəhşətli yol qəzasının görüntüləri əldə edilib.
Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətt”inə göndərdiyi görüntülərdə qəzadan sonrakı dəhşətli görüntülər əks olunub.
***15:22
Bu gün Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, günorta saatlarında Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin girişində qatarla avtobus toqquşub.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə saat 13:20 radələrində qeydə alınıb. Bildirilib ki, əraziyə nazirliyin regional xilasetmə qrupunun əməkdaşları cəlb olunub.
Həmin ərazidə dəmir yolu keçən hissədə zavoda aid avtobus yanacaq daşıyan qatarla toqquşub.
Hadisə zamanı ərazidə xidmət göstərən nəzarətçi avtobusun altına yıxılıb və başı bədənindən ayrılıb.
Qəzaya uğrayan avtobus boş olub. Sürücü yüngül xəsarət alıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...