Azərbaycanda bayram günü məsciddən oğurluq edildi - VİDEO

Azərbaycanda bayram günü məsciddən oğurluq edildi - VİDEO
Video
Hadisə 633
Masallıda təmir edilən məscidin həyətindən tikinti materialları oğurlayan şəxs tutulub.BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə baş müstəntiq Cahangir Hüseynov məlumat verib.O bildirib ki, hadisə rayonun Xıl kəndində yerləşən məsciddə baş verib.Məscidin həyətindən bir ədəd 250 manat dəyərində elektrik tənzimləyicisi, 9 ədəd 310 manatlıq dam örtüyü, 6 ədəd 90 manat dəyərində taxta materialları və bir ədəd 200 manatlıq dəmir hasar örtüyü naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.Masallı Rayon Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olmuş rayonun Musaküçə kənd sakini, 43 yaşlı Ağababa Cəfərovu şübhəli şəxs qismində tutub.İlkin dindirmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanan əşyalar maddi sübut kimi götürülüb.Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu ağsaqqal bir gecədə mağazadan 73 telefon oğurladı - FOTO

Bu ağsaqqal bir gecədə mağazadan 73 telefon oğurladı - FOTO

Nəsimi rayonunda yerləşən telefon mağazalarından birindən oğurluq edilib.Daxili İşlər Nazirliynin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, zərərçəkə...

764 Hadisə 16:22 07 avqust 2019

Son xəbərlər