Azərbaycanda 92 yaşlı qadın səhvən evi partlatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada fərdi yaşayış evində partlayış baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri İmam Şamil küçəsində qeydə alınıb.
Fərdi yaşayış evlərindən birində baş verən partlayışa qaz sızması səbəb olub. Belə ki, 1928-ci il təvəllüdlü Ayşə Məmmədova qaz sobasını yandırmaq istəyən zaman anidən yanğınla müşahidə olunan partlayış baş verib.
Nəticədə 92 yaşlı Ayşə Məmmədova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiririlib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Çörək sexində partlayış
Şəkidə çörək sexində partlayış baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Şəki şəhəri "20 yanvar" küçəsində fəaliyyət göstər...