Azərbaycanda evdə partlayış oldu: ana və qızı yaralanıb
07
apr
2019
13:40
Bu gün səhər saatlarında Sumqayıt şəhəri Yaşma bağları yaşayış massivində fərdi yaşayış evlərinin birində partlayış olub.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, evdə qaz balonu partlayıb.Partlayış nəticəsində 1986-cı il təvəllüdlü Məmmədova Samirə Şakir qızı və onun övladı 2012-ci il təvəllüdlü Məmmədova Aliyə Əhməd qızı yanıq xəsarətləri alıblar.Ananın bədəninin 60 faizi yanıb. Ona hər iki aşağı və yuxarı ətrafın, üzün, boynun 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. A.Məmmədovanın isə bədəninin 25 faizi yanıb.Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Hər iki şəxsin vəziyyəti ağırlaşdığından, onlar Bakıya göndərilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda evdə PARTLAYIŞ - Ölən və yaralananlar var
Bakıda evdə odun sobası partlayıb.BAKU.WS trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun y...