Azərbaycanda 5 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verdi- FOTO

Bakı-Quba avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, qəza magistralın Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək minik vasitəsini arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar.
Maşında sıxışıb qalan sərnişinlər vətəndaşların köməyi ilə çıxarılıb. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2 nəfərin şəxsiyyəti məlum olub.
Onlar - 1990-cı il təvəllüdlü Abdullayeva İlahə Ədalət qızı və 1959-cu il təvəllüdlü Qarayeva İmarət Məhəmməd qızıdır.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Mikroavtobus aşdı - Xəsarət alanlar var
Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında...
