Azərbaycanda 4.2 maqnitudada zəlzələ olub
08
mar
2023
10:55
Biləsuvar rayonunda zəlzələ olub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda qeydə alınıb.
Maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Oxşar xəbərlər
İranda növbəti zəlzələ Naxçıvanda hiss edilib - YENİLƏNİB
Yerli vaxtla saat 20:38-də Naxçıvan stansiyasında 89 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb, zəlzələ sərhəddə yaxın ərazilərdə 3 bala qədər...