Azərbaycanda 22 yaşlı gənc 9 manata görə 8 il həbsdə yatacaq
15
iyl
2019
16:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Səid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS Trend-ə istinadla məlumat verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Hökmə əsasən, S.Vəliyev 8 il 3 ay azadlıqdan məhrum edilib.S.Vəliyev Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq) maddəsi ilə təqsirli bilinib.İttihama görə, 1997-ci il təvəllüdlü S.Vəliyev mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tanımadığı İlkin Abdullayev adlı şəxsə yaxınlaşaraq pul istəyib. İlkin qorxaraq cibində olan 11 manatı Səidə verib. İttihamda o da göstərilir ki, Səid aldığı 11 manatdan ikisini İlkinə geri qaytarıb ki, yol pulu etsin. Bundan sonra Səid polis əməkdaşları tərəfindən saxlanılıb.O, digər şəxsə qarşı da eyni əməli törətməkdə ittiham edilir.
Oxşar xəbərlər
Qayınatasını döyən dünya çempionuna hökm oxunub
Qayınatasına qarşı xuliqanlıqda və onu döyməkdə təqsirləndirilən beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi...