Azərbaycanda 20 yaşlı hamilə qadın intihar edib
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı rayonunda intihar hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaleybuğurt kəndində qeydə alınıb.
Ağdam rayonundan olan və həmin kəndə gəlin köçən 2001-ci il təvəllüdlü Quliyeva Səkinə Sədrəddin qızı yaşadığı evin həyətində yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.
On bir aylıq körpə uşağı olan və 4 aylıq hamilə olan Səkinə Quliyeva təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılsa da, həkimlər qadını xilas edə bilməyiblər.
İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Hamilə arvadını döydü, yandırdı, zorla qeyri-təbii yolla əlaqəyə girdi və... - Bakıdakı DƏHŞƏTİN ŞOK TƏFƏRRÜATI
Bakıda qadına təcavüz etməkdə təqisirli bilinən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.2015-ci ildə Sabunçu rayonu Zabrat qəsəbəsində Rüfə...