Azərbaycana qonaq gələn Rusiya vətəndaşları Qusarda qəzaya düşüb
04
yan
2020
10:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbaycan əsilli Rusiya Federasiyası vətəndaşları qonaq gələrkən “Toyota Corolla” markalı avtomobil yolda aşıb.
Avtomobildə olan ailə üzvləri Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onların yüngül xəsarətlər aldıqları məlum olub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Hadisəyə yolun qarlı hava şəraiti və yolun sürüşkənliyinin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qusarda kütləvi zəhərlənmə olub - Aralarında 5 uşaq var
Qusar rayonunda qidadan kütləvi zəhərlənmə faktı baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qələcuq kəndində qeydə alınıb. 2012-ci il tə...