Azərbaycan vətəndaşları Çindən təxliyə edilir

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə prosesi başlayıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hazırda yola düşəcək şəxslər avtobuslarla aeroporta göndərilir.
Şəhər hava limanında müayinə edildikdən sonra qızdırma və başqa əlamətlər aşkar edilməsə, onların bu gecə Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsi ilə yola salınacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz vətəndaşları ilə bərabər Uhan şəhərindəki Azərbaycan vətəndaşlarını da təxliyə edəcəklərini açıqlamışdı.
Qeyd edək ki, Uhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı var. Onlar əsasən tələbələrdir.
Oxşar xəbərlər
Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi başa çatıb - FOTO
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşları təxliyə edilib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlar...
